Səudiyyə Ərəbistanının Baş prokurorluğu Camal Kaşıkçının qətlində təqsirkar olanlara ölüm cəzası tələb edəcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Baş prokurorluğun rəsmi nümayəndəsi Şalyan əş-Şalyan deyib. Ər-Riyadda keçirilən mətbuat konfransında danışan Şalyan bildirib ki, prokurorluq Cemal Kaşıkçının öldürülməsi əmrini verən və əmri icra edən 5 nəfər üçün edam cəzası tələb edəcək. Onun sözlərinə görə, cinayət işi ilə bağlı hələlik 11 nəfərə ittiham irəli sürülüb, təhqiqat çərçivəsində ümumilikdə 21 nəfər saxlanılıb.
Şalyan bildirib ki, Camal Kaşıkçının cəsədi parçalanaraq konsolosluqdan çıxarılıb.
Günay Elşadqızı / METBUAT.AZ