Ermənistan Respublika Partiyasının sədrinin birinci müavini Vigen Sarkisyan Dağlıq Qarabağ məsələsində güzəştsiz olacaqlarını bildirib. Ermənistanda növbədənkənar parlament seçkisində 2 blok və 9 partiya iştirak edəcək. Səudiyyə Ərəbistanının Baş Prokurorluğu “Vaşinqton Post” qəzetinin müxbiri Camal Qaşıqçı cinayəti ilə bağlı şok detalları açıqlayıb. ABŞ-ın Milli Müdafiə üzrə Yeni Strategiyası Rusiya və Çin üzərində qələbəni təmin etmir. ABŞ-ın son 20 il ərzində hərbi əməliyyatların aparılmasına xərclədiyi vəsait açıqlanıb. Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib.
Ermənistan Respublika Partiyası Dağlıq Qarabağ məsələsində güzəştsiz olacaq. Bu haqda feysbuk səhifəsində partiya sədrinin birinci müavini Vigen Sarkisyan yazıb.
“Biz konstruktiv müxalifət olacağıq və dialoqa həmişə hazırıq. Amma elə məsələlər var ki, biz güzəştsiz olacağıq. Hər şeydən əvvəl, bu, Dağlıq Qarabağ probleminə aiddir. Problem yalnız öz müqəddəratını təyin etmə hüququ ilə məhdudlaşdırılmır. Bu, bütün bizim ölkəmiz üçün ən əhəmiyyətli təhlükəsizlik məsələsidir”, - o bildirib.
Qeyd edək ki, Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bütün siyasi qüvvələr kimi, keçmiş prezident Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası seçkilər öncəsi təbliğat kampaniyasında Dağlıq Qarabağ kartını işə salaraq sərsən bəyanatlarla çıxış edirlər.
“Ermənistanın mövcud hakimiyyəti Qarabağ məsələsində köhnə hakimiyyətin siyasətini davam etdirir”. Bu barədə “Yerkir” partiyasının lideri Zaruhi Postanjyan deyib.
2016-cı ildə “aprel müharibəsi”ni xatırladan Postanjyan Azərbaycan Ordusunun 800 hektar (əslində 2 min hektar) ərazini azad etdiyini bildirib.
“Ermənistanın mövcud hakimiyyəti də iqtidara gəldiyi dövr ərzində köhnə rəhbərliyin siyasətini davam etdirir. Nə xarici, nə də daxili siyasətdə heç bir şey dəyişməyib. Hazırki rəhbərlik bəzi maliyyə imtiyazları qarşılığında əraziləri qaytarmağa hazırdır”, - deyə o bildirib.
Ermənistanda növbədənkənar parlament seçkisində 2 blok və 9 partiya iştirak edəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Armen Smbatyan deyib.
Dünən Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Qazprom Ermənistan" şirkətini böyük ölçülərdə vergi öhdəliklərinin yerinə yetirilməməsində ittiham edən hesabat yaydı. Bəyanata görə, Rusiyanın "Qazprom" şirkətinin ölkə ərazisindəki törəmə strukturları ilə əlaqədar olaraq ölkədə yoxlamalardan sonra Dövlət Gəlirləri Komitəsi şirkətə qarşı iş başladıb.
"Qazprom Ermənistan"da aparılan audit yoxlamalarının nəticələrinə görə, şirkət böyük məbləğdə vergi ödənilməsindən yayınıb və bir sıra pozuntu hallarına yol verib" – deyə komitənin məlumatında bildirilib.