"Neftçi" məşqləri bərpa edib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, komanda dörd günlük fasilədən sonra bu gün öz bazasında məşq keçib.

Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, "Neftçi" növbəti oyununu noyabrın 25-də keçirəcək. Komanda həmin gün Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Səbail"in qonağı olacaq.

Milli.Az