Türkiyədə Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb.
Milli.Az "report"-a istinadən bildirir ki, ittiham aktı prokurorluğa təqdim ediləcək. Akt təsdiqlənəcəyi halda məhkəməyə göndəriləcək.
A.Karlov 2016-cı ilin 19 dekabrında Ankarada keçirilən foto sərgisi zamanı güllələnərək qətlə yetirilib. Qətl polis əməkdaşı Mövlut Altıntaş tərəfindən həyata keçirilib. O, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Cinayət işi ilə bağlı 8 nəfər həbs edilib. Onlardan 4-ü keçmiş polis əməkdaşıdır.
A.Karlov Rusiyanın Qəhrəmanı fəxri adı ilə təltif edilib.
Milli.Az