Bu gün Bakıda "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan konfransda Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Azərbaycandakı səfirliklərin nümayəndələri, xarici qonaqlar iştirak edirlər.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransı açaraq Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyətləri ilə bağlı müvafiq dövlət qurumlarının araşdırmalarının dinləniləcəyini bildirib.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev konfransda çıxış edərək ermənilərin işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlərinin nəticələri barədə məlumat verib.
Milli.Az