Ağcabədidə icazəsiz ova cəhd edən şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq olunub.

“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR