[ 27 Aprel 2015 14:38 ]



Bakı. Məlahət Nəcəfova - APA. Bu axşam Belçika baş nazirinin müavini, xarici işlər naziri Didye Reyndersin Azərbaycana səfəri başlayır. Bu barədə APA-ya Belçika Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər aprelin 29-na kimi davam edəcək. D. Reynders səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Belçikalı nazir Azərbaycandan əvvəl Ermənistana səfər edib.

Xatırladaq ki, bu ilin əvvəlindən Belçika 6 ay müddətinə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həyata keçirir.