Afrikada "lənətlənmiş" insan olaraq tanınan albinoslar hər an ölüm təhlükəsi ilə üz-üzədirlər.

ANS PRESS-in məlumatına görə, dərilərinin rənginə görə həmin insanlar amansızlıqla qətlə yetirilirlər. Bu səbəbdən də onlar öz həyatlarını daimi qorxu içərisində yaşayırlar.

Məsələ burasındadır ki, afrikalıların bir qismi albinosları Allahın "lənətlədiyi" cəzalandırılmış insanlar olaraq qəbul edirlər. Bəziləri isə albinosları "insan olmayan xəyalət" kimi tanıyırlar. Buna görə də həmin afrikalılar onları öldürməyi cinayət saymırlar. Lakin elə afrikalılar da var ki, albinosların ətraflarının uğur gətirdiyinə inanırlar. Bu səbəbdən onlar albinosları öldürərək əl və ayaqlarını kəsirlər. Bəzi ailələr isə albinos olaraq doğulan övladlarını dərhal öldürürlər. Çox zaman albinos uşaqları məktəbələrə də qəbul etmirlər.

Qorxu içində yaşamaqdan bezən Malavi albinosları polisə müraciət ediblər. Polisin bu səbəbdən geniş miqyaslı əməliyyat apardığı bildirilir.

"Lənətlənmiş" insanlar (FOTO)
"Lənətlənmiş" insanlar (FOTO)
"Lənətlənmiş" insanlar (FOTO)
"Lənətlənmiş" insanlar (FOTO)
"Lənətlənmiş" insanlar (FOTO)
"Lənətlənmiş" insanlar (FOTO)
"Lənətlənmiş" insanlar (FOTO)
"Lənətlənmiş" insanlar (FOTO)
Mənbə
ANS PRESS