Azərbaycanın ən mühüm Daşınmaz Əmlak Tədbiri olaraq bilinən - RECEXPO 4-cü dəfə öz işinə başlayıb.

Metbuat.az xəbər verir ki, beynəlxalq tikinti şirkətləri ve qonaqlar bu gündən etibarən Bakı Expo Mərkəzində bir araya gəliblər.

Metbuat.az İnformasiya Agentliyi də bu tədbirdə iştirak edir və sərgidə agentliyin stendi qoyulub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sergisi RECEXPO, 2015-ci ildən bəri 18 minə yaxın daşınmaz əmlak investoru və professionallarını qəbul edib. Azərbaycanda ilk beynəlxalq daşınmaz əmlak sərgisi olan RecExpo və konfransları Azərbaycanda bir çox şirkətin layihələrini realizasiya etməklə; bir çox alıcıya yeni investisiya və ev satın ala bilmək imkanı yaradıb.

Bildirək ki, beynəlxalq tədbir 3 gün (22-24 noyabr) davam edəcək.

Sərdar Məmmədov

FOTO: Müzəffər İsmayılov

METBUAT.AZ