Mətbuat katibləri hərdən müsahibələrində jurnalistlərin onlara ünvanladıqları suallardan gileylənirlər.

Maraqlıdır, onlar ünvanlanan sualların hamısından razıdırlarmı? Daha çox hansı sulları cavabsız qoyurlar?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Metbuat.az-a açıqlamasında qeyd edib:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Bəzən qeyri-peşəkar suallar məni yorur. Sonra söz-söhbət yaranmasın deyə ünvanlanan suallara ətraflı cavab verməyə çalışıram. Funksional vəzifəmə aid sualları geniş əhatə edəcək dərəcədə cavablandırmağa çalışıram ki, tutduğum vəzifə üzrə fəaliyyətim görünsün”.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev jurnalistlərin bəzən mövzulara qeyri-peşəkar yanaşdığını bildirib:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Qida Təhlükəsizliyi Agentliyi bildiyiniz kimi, mediaya kifayət qədər açıq bir qurumdur. Öna görə də biz hər zaman həmkarlarımızla qarşılıqlı etimad və yoldaşlıq şəraitində işləməyə çalışırıq. Ümumiyyətlə, "Qida təhlükəsizliyi" mövzusu son vaxtlar cəmiyyətimizdə aktual mövzulardan birinə çevrildiyi üçün bu mövzudakı xəbərlər geniş ictimai maraq doğurur. Bu isə həm məlumatın ötürülməsi, həm də yayılmasında daha diqqətli və məsuliyyətli olmağı tələb edir. Ancaq təəssüf ki, bəzi həmkarlarımız “Qida təhlükəsizliyi” anlayışının və fəaliyyət sahəsinin ölkəmizdə yeni formalaşdığını, eyni zamanda əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu unudur, tez məlumat yaymaq xatirinə bəzən mövzuya qeyri-peşəkar yanaşırlar. Bu isə bir sıra ciddi hesab olunacaq nöqsanlara şərait yaradır. Ancaq bununla yanaşı, mövzuya ciddi yanaşan kifayət qədər peşəkar həmkarlarımız da var. Əsas problemlərdən biri də bir jurnalistin bütün mövzularda yazmasıdır. Burada da peşəkarlıqdan söhbət gedə bilməz.

Başqa bir məsələyə toxunmaq istərdim. Məsələn, sorğu ilə müraciət edən jurnalist informasiyanı operativ şəkildə alıb yaymaq istəyir. Təbii ki, bu başa düşüləndir. Amma nəzərə alınmalıdır ki, müəyyən informasiyaya malik olmaq həm də məsuliyyət daşımaq deməkdir. İstər KİV nümayəndəsi, istərsə də mətbuat xidmətinin məsul əməkdaşı hər hansı bir məlumatı və ya xəbəri yalnız dəqiqləşdirdikdən sonra yaymalıdır. Əsas göstərici yayılan məlumatın obyektiv və reallığı doğru əks etdirməsi olmalıdır”.

“Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev jurnalistlərin hamısından razı qaldığını bildirib:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Həmin jurnalistlərlə sıx əlaqədə işləyirik. Bu işdə sizin də xüsusi yeriniz var. Gündəlik olaraq əlaqə saxlanılır, hər hansı məsələylə bağlı “Azəriqaz”ın gördüyü tədbirlər, qazlaşma sahəsində aparılan işlərlə bağlı geniş işıqlandırma aparırsınız. Ona görə də, bütün mətbuat qurumlarından razıyam”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Metbuat.az-a açıqlamasında əlavə edib ki, arada "xam" suallar verən jurnalistlər də olur:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Məsələn, biri zəng edib, meliorasiya ilə bağlı sualları mənə ünvanlayır, amma ümumən razıyam. Elə bir çətinlik görmürəm. Çünki bu sahəni bilən şəxslərlə işləyirik. Onlar peşəkarcasına suallar verirlər. Qarışıq suallar verənlər əsasən jurnalistikaya yeni gələnlər, yaxud da başqa sahə üzrə yazan jurnalistlər olur”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, jurnalist suallarına birmənalı qiymət vermək olmur:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Vəzifə səlahiyyətim çərçivəsində bütün sulları cavablandırmağa və yaxud araşdırıb cavablandırmağa çalışıram. Nə qədər nail olduğumu sizin obyektiv qiymətiniz verə bilər. İlk növbədə, sərnişindaşıma ilə bağlı məsələlərdə heç bir məhdudiyyət yoxdur. Çünki, metropolitendən istifadə edən sərnişinlər bu və ya digər hadisə, ən əsası, qatarların hərəkət qrafiki, stansiyaların, eskalatorların iş rejimi və s. bu kimi gündəlik fəaliyyətlə bağlı məsələlərlə operativ qaydada məlumatlandırılmasında mətbuatın rolu danılmazdır. Lakin metropolitenin xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır. Məsələn, strateji obyekt olmasını nəzərə alsaq, cavablandıra bilməyəcəyim suallar da var. Media ilə münasibətlərdə diqqət etməli olduğum digər məsələ təhlükəsizliklə bağlıdır. Metropoliten, əsasən, yeraltı nəqliyyat vasitəsi olduğundan, həmçinin metro nəqliyyat sistemi ilə sərnişindaşımanın özünəməxsus xüsusiyyətləri nəzərə alınaraq, ilk növbədə, sərnişin və daşıma təhlükəsizliyi ilə bağlı məsələləri nəzərə almalıyıq. Bu həm də tikinti, təmir-bərpa və yenidənqurma aparılan obyektlərlə də bağlı olur. Həmin obyektlərə medianın daxil olması, ələxsus da foto və videoçəkilişlərin aparılmasına məhdudiyyət qoymaq zərurəti də yarana bilir. Bütün dediklərimi nəzərə alsaq, bəzən rəsmi müraciət edilməsini tövsiyə edirəm. İşimiz tam ciddiyyət tələb etdiyindən mətbuatla münasibətə də belə yanaşırıq. Bəzən görülən işlə bağlı məlumatları da yalnız işin tamamında veririk. Halbuki başqa cür də yanaşıb, emosional müsbət rəy də yığa bilərik. Amma bunu etmirik. İşimiz kimi, məlumatımız da ciddi və real olur. İstənilən halda metropolitenin ictimaiyyətlə, o cümlədən sərnişinlərin müraciəti və sorğularına, həmçinin media ilə iş, münasibət, ünsiyyət planında şəffaf, açıq fəaliyyət göstərir. Ümumən gün ərzində daha çox sərnişinə cavab verirəm, nəinki mediaya. Açıq, desəm, sərnişin sualı da bizim üçün geri qalan məsələ deyil. Sadəcə fərq ondadır ki, metropolitenin fəaliyyəti ilə bağlı sualların cavabı ətraflı izahata və ya söhbətə də çevrilir.

Jurnalist suallarına birmənalı qiymət vermək olmur. Jurnalist sualları, ümumiyyətlə, elə bu sualların formalaşdırdığı jurnalist fəaliyyəti, məncə, dövrün və cəmiyyətin aynasıdır. Mühit, şərt, şərait, əməyə münasibət və onun qiymətləndirilməsindən tutmuş ta səbəb və nəticələrə qədər bütün obyektiv və subyektiv məsələlərin süzgəcindən keçirib qiymət vermək lazımdır. Amma konkret «bu sual yaxşı», «bu sual pisdir» - demək düz olmaz. Hərəni özü və olduğu kimi qəbul etdiyim kimi, suallara da münasibətim elədir. Şərti olaraq "istehsalat jurnalistikası" adlandırdığım sahənin zəifliyi mətbuatla işimizin ən çətin tərəfləridir. Buna sahənin əməli yoxluğuna görə suallar bəzən sadə və adi görünsə də, ətraflı cavab tələb edir. Ən sadəsini deyim: "Şəhərdə işıqlar yanır, bəs niyə metro işləmir?" sualına "Çünki qatarları hərəkətə gətirə biləcək həddə və səviyyədə elektrik enerjisi olmalıdır" cavabı heç kimi qane etmir. Amma bəzən izahlı variant da qəbul edilmir. Eyni sözü qatarların interval qrafiki, "Bakmil" istiqamətində hərəkət edən qatarların mütləq şəkildə vacibliyi, əvvəlki nəsil vaqonların kondisionerləşdirilməsinin qeyri-mümkünlüyü, stansiya və tunellərin ventilyasiya sistemi üzərində aparılan daimi iş və s. Xəbər olsun deyə və sensasiya xatirinə, metro və ümumiyyətlə, sərnişindaşıma ilə bağlı bütün sahələrdə populist, şişirdilmiş variantda təqdim edilməsi xoşagələn deyil. Dövrün xüsusiyyətlərinə görə hətta bunu da anlasam belə, sırf ictimai və sosial məsuliyyət baxımından bir az ağırdır. Çünki bu xəbərlərin yaranmasına səbəb olan sualların məqsəd, məram və mahiyyətini anlasam da cavab verirəm. Məsələn, hər hansısa stansiyada bir eskalator dayanır və dərhal digəri qoşulursa, bunu xəbərə çevirməyin məqsədini hər kəs dəqiq bilir və dərhal da bunun səbəblərini soruşmaq sualların zirvəsidir. Təcrübəyə bunun daha çox iki səbəbi olur: gərginliyin düşməsi və ya sərnişin faktoru. Texniki səbəbdən olan belə bir hadisənin isə axırıncı dəfə nə vaxt baş verdiyini xatırlamıram”.

"ASAN Xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev ümumilikdə jurnalistlərin verdiyi sullardan narazı olmadığını bildirib:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Əslində, niyə narazı olmalıyam ki? Razıyam. Bəzi hallarda aidiyyatı üzrə düzgün suallar verilmir. Bu zaman həmin sualları aiddiyatı üzrə yönləndiririk. Hətta, jurnalistləri öz həmkarlarım hesab etdiyim üçün onlara dəstək də oluram”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov qeyd edib ki, bəzən mövzuyla bağlı tam araşdırılmadan, ünvansız suallar verilir. Amma ümumi götürdükdə, 50-50-yə demək olar.

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmsil etdiyi qurumun fəaliyyətinə aid olmayan sualları cavablandırmır:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Lakin Dövlət Agentliyinə ünvanlanan, onun fəaliyyətinə aid bütün sualları cavablandırıram. İstisnasız, bütün mətbuat qurumlarına açığıq.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bu məsələdə bir o qədər narazılığının olmadığını qeyd edir:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Təbii ki, düzgün ünvanlanmayan suallar var. Dövlət Dəniz Agentliyinin funksional vəzifəsinə aid olmayan suallar göndəriləndə, çalışıram ki, o sualların düzgün ünvanlanması üçün qarşı tərəfə köməklik göstərim”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə sonda bildirib:

Mətbuat katibləri "XAM" SUAL verən jurnalistlərdən danışdı

“Bəzən bu sahədən xəbəri olmayan hallara da rast gəlirik. Amma ümumilikdə, razıyıq. Çalışırıq ki, verilən sualları əhatəli və geniş formada cavablandıraq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla