Almaniya hökuməti siyasi qaçqınlıqla bağlı müraciət edən xarici vətəndaşların ərizələrinin dəyərləndirilməsi müddətini uzadılacaq.

Publika.az xəbər verir ki, prosesin müddəti 3 ildən 5 ilə yüksəldiləcək.

“Deutsche Welle” nəşrinin xəbərinə görə, alman hökuməti bu qərarı Köç və Qaçqınlar Dairəsinin yükünü azaltmaq üçün qəbul edib.

Sosial Demokrat Partiyasının (SPD) Federal Məclis Qrupu Daxili Siyasət Komissiyasının sözçüsü Börkhard Lişkanın verdiyi məlumata görə, bu dəyişiklik 2015-2016-cı ildə qaçqınlıqla bağlı müraciət edən şəxslərin ərizələrinə də tətbiq ediləcək. Belə ki, həmin illərdə hökumətə qaçqınlıqla bağlı 890 000 müaricət edilib. Bu rekord göstəricinin öhdəsindən gəlmək üçünsə xeyli müddət tələb olunur.

Sözçü bu dəyişikliyi daimi olaraq tətbiq edəcəklərini nəzərdə tutmadqlarını da bildirib.

Zümrüd