Danimarka hökuməti Səudiyyə Ərəbistanına silah satışını dayandırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Xarici İşlər naziri Anders Samuelsen açıqlama verib.

XİN rəhbəri qərara səbəb kimi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə davam etdirdiyi hava əməliyyatlarını göstərib.

Qeyd edək ki, Almaniya da jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsindən sonra Ər-Riyada silah satışını dayandırmışdı.

Milli.Az