NATO-Ukrayna Komissiyası Azov dənizindəki gərginliklə bağlı bu gün fövqəladə iclas keçirəcək.
Publika.az xəbər verir ki, iclas Ukraynanın dövlət başçısı Petro Poroşenkonun tələbi ilə keçiriləcək.
NATO-nun baş katibi Yens Stoltenberq mövcud vəziyyəti müzakirə etmək üçün Ukraynanın dövlət başçısı Petro Poroşenko ilə gerçəkləşdirdiyi telefon görüşməsindən sonra yazılı açıqlama verilib. Açıqlamada Stoltenberqin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və quru sularında sərbəst hərəkət etmək haqqını dəstəklədiyi bildirilib.
NATO-Ukrayna Komissiyası bu gün NATO-nun qərargahında səfirlik səviyyəsində toplanacaq.
Zümrüd