İllərlə gözəllik uğruna milyon dollarlar xərcləyərək arzu etdikləri görünüşə sahib olmaq istəyən bir çox məşhur sonradan peşman olublar.
Metbuat.az bildirir ki, sadəcə burnunu düzəltdirmək və ya sinələrini böyütmək istəyərək əməliyyat masasına uzanan minlərlə məşhur zaman keçdikcə digər bütün orqanlarından da şikayət edərək onları da əməliyyat etdirmək istəmiş, amma nəticə uğursuz olmuşdur.
Pete Burns
“Dead or alive” adlı məşhur ingilis qrupun solisti olan Burns dodaqları üçün etdirdiyi əməliyyat uğursuzluqla nəticələnib. Bunu düzəltmək üçün bütün sərvətini estetik əməliyyatlara xərcləyib. Amma heç biri işə yaramayıb və getdikcə qadın görünüşü əldə edib.

Dennis Avner
Avner ən qeyri-adi estetik əməliyyat etdirən insanlar sırasındadır. Məqsədi pələng üzünə sahib olmaq olan bu qadın insanlar tərəfindən qəribə qarşılansa da o bu halını çox bəyənir. Bir neçə üz və dəri əməliyyatları ilə yanaşı dişlərində də bir neçə əməliyyat həyata keçirib.

Eric Sprague
Spraague dilini kəsdirən ilk insanlardan biridir. Onun məqsədi isə özünü kərtənkələyə bənzətmək idi. Bundan başqa o, 700 saatlıq döymə seansından keçib.

Ceki Stallone
Məşhur aktyor Silverter Stallonenin anası olan Ceki Stallone estetik əməliyyat bağlılığı ilə tanınır. Ceki üz gərdirmə, qaş qaldırma, burun və dodaq kimi bir neçə əməliyyat olub.

Maykl Romanini
İtalyanın məşhur simalarından biri Romanini keçirdiyi dodaq əməliyyatı səbəbi ilə qorxunc bir görünüşə sahib olub.
