Fransada 19 yaşlı tələbə qız saçlarını boyamaq istəyərkən həyatının kabusunu yaşayıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Estelle adlı qız saçını boyamaq üçün mağazadan hazır saç boyası alıb.
Bu boyalar bəzi hallarda alergik reaksiya verdiyindən onu istifadə etməzdən öncə qolun bir hissəsinə boyanı çəkib bir qədər gözləmək, daha sonra saçlara tətbiq etmək lazımdır.
Estelle də boyanı qoluna çəkib, daha sonra saçlarına tətbiq edib. Amma kiçik bir detalı unudub. Bu reaksiyanın ortaya çıxması üçün 2 gün gözləmək lazımdır. Estelle isə sadəcə yarım saat gözlədikdən sonra saç boyasını istifadə edib. Daha sonra allergik reaksiya nəticəsində qadının üzü şişib və tanınmaz hala gəlib.
Günlərlə keçməyən allergiya üzündən olduqca çətin günlər yaşayan gənc qız qəzetə açıqlama edərək başqalarının da bu səhvi etməməsi üçün xəbərdarlıq edib.