Türkiyəyə qarşı ŞOK ADDIM, dağıdıcı OYUN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
118 baxış·4 dəq oxu
Gürcüstanda keçirilən prezident seçkilərinin yekun
nəticələri açıqlanıb.Türkiyə “S-400” zenit-raket
komplekslərinin çatdırılması üçün hesablamaları milli valyutalarla
həyata keçirəcək. Moskva ABŞ-ın Suriyadakı hərbi varlığını bu ölkə
üçün təhdid adlandırdı.ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) Konqresə Türkiyə ilə bağlı təqdim etdiyi gizli hesabatın
detalları məlum olub.Kiyev Kerç boğazında baş verən
hadisədən sonra Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamaq
xahişiylə dünya ictimaiyyətinə müraciət etmək
niyyətindədir.
Gürcüstanda keçirilən prezident seçkilərinin yekun
nəticələri açıqlanıb. Ölkənin Mərkəzi Seçki
Komissiyasının məlumatına görə, səslərin hamısının sayılmasından
sonra müstəqil namizəd Salome Zurabişvilinin 59,52, onun rəqibi,
müxalifətçi Qriqol Vaşadzenin isə 40,48 faiz səs topladığı məlum
olub.
Zurabişvili 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici
dəstəkləyib.
28 noyabr Gürcüstan tarixində ilklərə daha biri
əlavə olundu. Salome Zurabişvili səslərin 59,56
faizini toplayaraq ölkə tarixində ilk qadın prezident adını
qazandı. Zurabişvilinin həyatı və siyasi karyerası ilə bağlı yazını
təqdim edir.
“Ən yaxşı diplomat” düşmənə necə çevrildi? - Rusiyanı məğlub edən qadının SİYASİ OLİMP YOLU
Türkiyə “S-400” zenit-raket komplekslərinin
çatdırılması üçün hesablamaları milli valyutalarla həyata
keçirəcək. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan G20 sammitində iştirak üçün Argentinaya uçuşdan əvvəl
jurnalistlərə deyib.
ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
Türkiyənin Rusiyadan “S-400” havadan müdafiə
sisteminin alması yalnız “F-35” qırıcılarının təhvil verilməsini
deyil, ABŞ şirkətləri tərəfindən istehsal edilən “CH-47F Chinook”
helikopteri, “F-16” qırıcıları və “UH-60 Black Hawk”
helikopterlərinin alışına də təsir edəcəyi
bildirilib. Bu haqda ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) Konqresə verdiyi gizli hesabatda yazılıb.
“Blomberq”in xəbərinə görə, Türkiyə ABŞ üçün hər nə qədər
əhəmiyyətli bir əməkdaş olsa da, Pentaqon Rusiyadan silah alışına
görə Türkiyənin bu əməkdaşlığa davam edib-etməyəcəyini yenidən
dəyərləndirəcək.
İŞİD terror təşkilatı Suriyada “Suriya Demokratik
Gücləri”nə tərkibində zəhərli maddələr olan silahlarla hücum etməyə
hazırlaşır. Bu barədə xəbərdarlığı Rusiyanın Müdafiə
Nazirliyi edib.
Açıqlamaya görə, hücum Suriya ordusunun olduğu ərazidən həyata
keçiriləcək və bu, ABŞ-ın həmin bölgəyə aviazərbələr endirməsi üçün
əsaslar yarada bilər. Qeyd edilir ki, terrorçular tərkibində kimya
maddələr olan minaların istehsalını Deyr-ez-Zor əyalətinin El-Kişme
şəhərinin xəstəxanasında təşkil edirlər.
“İŞİD terrorçuları öz hərəkətləri ilə ABŞ aviasiyasının
Suriyanın hökümət güclərinə qarşı zərbələrinə real əsaslar
yaratmağa hazırlaşırlar”, - Rusiyanın müdafiə idarəsindən
bildriblər.
Suriya torpaqlarında hazırda ABŞ gücləri yerləşib.
Hətta müxaliflər də ABŞ-ın hərbi varlığından məmnun olmadıqlarını
açıq şəkildə ifadə etdilər. Bu fikirləri Rusiya
prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev
Astanada Suriya üzrə toplantıdan sonra keçirdiyi mətbuat
konfransında səsləndirib.
“Suriya müxalifəti də ABŞ qüvvələrinin Suriyanın ərazi
bütövlüyünə təhdid olduğunu düşünürlər. ABŞ-ın burada bazalar
qurduğunu görürük. Xüsusilə, kürdlərlə olan iş birliyi Suriyanın
ərazi bütövlüyünə təhdid yaradır.
Lavrentyev dünənki açıqlamasında da ABŞ-ın İŞİD terror təşkilatı
ilə mübarizə bəhanəsi ilə YPG/PKK terror təşkilatına yardımlarını
tənqid etmişdi. Onun sözlərinə görə, 1500-ə yaxın İŞİD döyüşçüsü
ilə mübarizə üçün 60 minlik YPG/PKK gücünə dəstəyin altında yatan
səbəb Suriyadakı varlığını legitimləşdirməkdir.
ABŞ prezidenti Donald Tramp demokratları “Rusiya
işi” üzrə xüsusi prokuror Robert Müllerin Amerika seçkilərinə
Rusiya müdaxiləsi haqqında ikiillik araşdırmasına aid sənədləri
məxfilikdən çıxartmaqla hədələyib. Ağ Evin başçısı bu
haqda “Nyu York Post” qəzetinə müsahibəsində bildirib
“Onlar dağıdıcı olacaq” - Tramp sərt oyun TƏKLİF ETDİ
Qərb partnyorları Kerç boğazında Ukraynanın
fəaliyyəti ilə bağlı məlumatlı idilər. Bu sözləri
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O
hətta bildirib ki, Qərbin özünün də bu olayda iştirakı ola
bilər.
“Bütün bunlar təsadüfi xarakter daşımır”, - deyə Zaxarova
bildirib.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə
məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra
gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç
limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə
bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
Kiyev Kerç boğazında baş verən hadisədən sonra
Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamaq xahişiylə dünya
ictimaiyyətinə müraciət etmək niyyətindədir. Bu haqda
Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko dəniz
təhlükəsizliyi məsələləri üzrə ikinci beynəlxalq konfransda
bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna boğazın bağlanmasını
Türkiyədən xahiş edəcək.