Müğənni Rüfət Axundovun anası Rühəngiz xanımın ad günü olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu münasibətlə qonaqlıq təşkil edib. Şəhər restoranlarının birində baş tutan gecəyə şou-biznes nümayəndələri də qatılıblar.

Əməkdar artistlər Abbas Bağırov, Ədalət Şükürov, müğənnilər Xatirə İslam, Gülay Zeynallı və digərləri gecədə mahnılar oxuyublar. Məclisdən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıblar.

Milli.Az