“Global Firepower” araşdırma şirkəti 2018-ci ildə dünyanın ən nəhəng ordularının siyahısını yayımlayıb.
Publika.az xəbər verir ki, 136 ölkədən yer aldığı siyahının müəyyən edilməsində coğrafi faktorlar, logistika imkanları və NATO müttəfiqi də daxil olmaqla, 55 faktor əsas götürülüb.
Dəyərləndirmədə nüvə silahı diqqətə alınmayıb.
Azərbaycan siyada 53 yerdə qərarlaşıb. Azərbaycan torpaqlarını işğal edən Ermənistan 84, Cənubi Qafqazın digər ölkəsi Gürcüstan isə 82-ci yerdədir.
Dünyanın ən güclü 10 ölkəsi isə aşağıdakılardır:
1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Fransa
6. Böyük Britaniya
7. Cənubi Koreya
8. Yaponiya
9. Türkiyə
10. Almaniya
Siyahı ilə buradan tanış ola bilərziniz.
Ömər