Səmra Rəhimli yenə gündəmdə

Gənc müğənni Səmra Rəhimli hər zaman olduğu kimi yenə də öz geyimi ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Metbuat.az xeber verir ki, dünən “Elektra Events Hall”da “Altın Kələbək” uğrunda “İlin qadın müğənnisi” nominasiyasi üzrə seçim konserti baş tutub.

Tez-tez öz geyimləri ilə gündəm yaradan və söz-söhbətlərə səbəb olan Səmra Rəhimli yenə cəsarətli səhnə geyimi ilə gündəmdə olmağı bacarıb.

"Fikirləşdim ki, konsert qızlar üçündür, sərbəst geyindim. Guya başqa vaxt çox vecimədir" deyən Səmra öz İnstagram hesabından həmin günə aid şəkilləri paylaşıb.

Səmranın fotosu bu dəfə də müzakirələrə səbəb olub. Belə ki, bəziləri onun bu geyimdə çox seksual göründüyünü desə də, bir çoxları onu tənqid edib.

Qeyd edək ki, Türkiyənin bu nüfuzlu mükafatı uğrunda 7 xanım müğənni mübarizə aparır. Ötən il “Altın Kələbək” uğrunda mübarizənin qalibi tanınmış müğənni Röya Ayxan olub.

Sevinc Kərimova/METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR