Müğənni Nura Suri mətbuat konfransı keçirərək, “Gitme” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Metbuat.az-ın məlumatına görə, konfrans paytaxt restoranlarının birində, media nümayəndələri və tanınmış şəxslərin iştiraki ilə baş tutub.

Mahnının söz və musiqisi Nura ilə bərabər Zülfi Bədəlov və Əvəz Muradova məxsusdur.

Nura klip çəkilişindən söz açaraq bildirib:

“Çəkilişlər iki gündə tamamlanıb. Klip üçün beş ayrı kostyum tikdirdik və müxtəlif məkanlarda çəkiliş etdik. Klip üzərində 15 nəfərlik komanda çalışıb. “Gitme” klipini gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib".

Qeyd edək ki kliplə yanaşı müğənni fotosessiya da etdirib. Fotolarin müəllifləri isə Məhəbbət Nəsirov və Raj Stevendir.

Bildirək ki, Nura Suri çəkiliş zamanı boğulma təhlükəsi ilə də üzləşib. Köməkçisi vaxtında müğənninin dadına yetişib.

Sevinc Kərimova/ METBUAT.AZ

Səmra Rəhimli yenə gündəmdə - Səhnəyə elə geyimdə çıxdı ki…