Sevdiyi qadın üçün kral olmaqdan imtina etdi

Şəhzadə Edvard və Uallis Simpsonun sevgisi tarixə damğa vurmuş sevgilərdən biridir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, onların sevgisi sadəcə ikisinin həyatına təsir etməyib, eyni zamanda bir ölkənin, krallığın gələcəyini də dəyişdirib.

23 iyun 1894-cü ildə York hersoqu Georgeonun oğlu olaraq dünyaya gəlib. Birinci Dünya Müharibəsinin başlaması ilə xüsusi bir piyada polkunda zabit kimi fəaliyyət göstərib. Atasının kral olması ilə o da Uels şəhzadəsi olub.

1930-cu ildə həmin zaman başqası ilə evli olan Uallis Simpson ilə tanış olub. Qısa müddət içində bir-birlərinə aşiq olublar, amma bu vəziyyət krallıq tərəfindən xoş qarşılanmayıb.

Daha sonra kral V. George vəfat edib və ilk qanuni varis VIII Edvard adı ilə 1936-cı ildə taxta çıxıb.

Uallis Edvardın taxta çıxdığı il həyat yoldaşından boşanıb. Amma Edvard ilə evlənməsi imkansız idi. Çünki ingilis kral ailəsi Uallisin həm amerikalı olduğuna, həm də iki evlilik etdiyinə görə bu evliliyə razılıq verməyib.

Uallis ilə evlənmək üçün tək yolun krallığı buraxması olduğunu bilən VIII Edvard taxtdan çəkilmə qərarı alıb.

Edvard-Uallis cütlüyü 1937-ci ildə evləniblər. Evləndikdən tam 30 il sonra ilk dəfə rəsmi kral mərasiminə dəvət ediliblər.







https://metbuat.az/news/1075525/cugundur-siresinin...



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR