Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub. Türkiyə Şimali Kipr Türk Cümhuriyyətində hərbi dəniz bazasını yarada bilər. Suriya ordusu ölkənin cənubunda hücumun gedişatında İŞİD terror qruplaşmasının 270 döyüşçüsünü məhv edib. Fələstin Donald Tramp administrasiyasını Yaxın Şərqdə sülh üçün əsas maneə adıandırıb. Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin ləğvi haqqında qanun layihəsini təqdim edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Ümid edirik ki, Ermənistanın yeni parlamenti daha konstruktiv olacaq və Rusiya-Ermənistan münasibətlərinin inkişafına diqqət yetirəcək. Bunu İrəvanda jurnalistlərə açıqlamasında ermənipərəst rusiyalı deputat Konstantin Zatulin deyib.

"Sizin hökumətin nümayəndələri təkcə Rusiya yox, bütün dünya ölkələrinə müraciət edib investisiya istəyəndə Rusiyanın böyük şirkətlərinə qarşı araşdırmalardan bəhs edir. Bu, sizin üçün pis fondur. Mən “böyük şirkətlər” deyəndə “Qazprom” və Cənubi Qafqaz Dəmiryollarını nəzərdə tuturam", - deyə o bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50 dəqiqəlik mətbuat konfransı keçirib. Türkiyə lideri jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS, valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb.

Dünyanı silkələyəcək ADDIM, sülh üçün əsas MANEƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

"Türkiyə NATO-dan ayrılıb Avropa Ordusuna qatılacaq?" - Ərdoğan Argentinada bütün DETALLARI AÇIQLADI