Prokurorluqdan bildirilib ki, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Eminov Elnur Tahir oğlu, 2014-cü ilin sentyabrında Allahverdiyeva Günay Novruz qızı ilə ailə qurub. Lakin aralarında yaranan münaqişəyə görə 4 aydan sonra ayrılıblar: "Onlar boşandıqdan sonra da aralarındakı münaqişə davam edib. Aprelin 14-də Elnur Eminov Zərdab rayonu Mərkəzi Xəstəxanasında Günay Allahverdiyevanın babası Şiralı Məmmədov və qızın qardaşı Elvin Allahverdiyevlə rastlaşıb. Onlar arasında mübahisə yaranıb və mübahisə dava ilə nəticələnib. Günayın babası Şiralı Məmmədov və qızın qardaşı birləşərək Elnur Eminovu döyüblər, başını divara vurublar, ona ciddi bədən xəsarəti yetiriblər. Elnur aldığı xəsarətlərə görə əvvəlcə Mingəçevrdə, sonra isə Bakıda xəstəxanada müalicə olunub".
Prokurorluqdan verilən məlumata görə, hadisədən bir həftə sonra Elnur və anası Eminova Yavər Vahid qızı Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Onlar ərizələrində qeyd ediblər ki, Günay Allahverdiyevanın babası Şiralı Məmmədov və qızın qardaşı Elvin Allahverdiyevin Elnuru döyüblər.
Elnur Eminov aprelin 28-də yaşadığı evdə düynasını dəyişib. Ekspertizanın ilkin rəyinə əsasən, Elnur Eminov insult nəticəsində vəfat edib.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.