Sahibi 20 evro pulu yeyən keçini

Serbiyanın bir kəndində yaşayan Simic ailəsi 10 hektar torpaq sahəsi almaq üçün 20 min evro pul toplayıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, satıcını gözləyən ailə pulu sayaraq masanın üzərinə qoyub. Ailənin uzun müddətdir bəslədiyi Belka adlı keçi evə girərək masadakı pulu yeməyə başlayıb və bu puldan geriyə sadəcə 300 evro qalıb. Adam xışıltı eşidərək evə gəlib və həyatının şokunu yaşayıb.

Qadın həyat yoldaşının həmin andan etibarən danışmadığını, sadəcə oturub bir nöqtəyə baxdığını bildirib.

Ailənin daha sonra keçini kəsib, qızartdığı bildirilib.

https://metbuat.az/news/1078116/sirri-cozulmeyen-b...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR