Ermənistanda SEÇKİ SAXTAKARLIĞI: "Karusel", təzyiqlər, qanun pozuntuları...

Ermənistanda SEÇKİ SAXTAKARLIĞI: "Karusel", təzyiqlər, qanun pozuntuları...
10:13 10 Dekabr 2018
69 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərində kütləvi qanun pozuntuları qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Naira Harutyunyan məlumat yayıb.

Xəbərə görə, seçkilərdə 50-dən artıq qanun pozuntusu barədə şikayət daxil olub. Şikayətlərin əksəriyyəti yenidən səs vermə, səslərin seçkinin qaydalarına uyğun şəkildə verilməməsi, seçicilərin azad iradə ilə səs verməməsi və s. haqda olub.

Ermənistan polisi isə daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, seçki günü pozuntuların ümumi sayı 144 olub.

Qeyd edək ki, dünən Ermənistanda “Məxməri inqilab”dan sonra ilk dəfə növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə 9 partiya və 2 blok mübarizə aparıb. Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, üstünlük Nikol Paşinyanın "Mənim addımım" blokundadır. Ermənistan Milli Məclisinə daxil olmaq üçün partiyalar 5%, bloklar isə 7%-dən çox səs toplamalıdır. Eyni zamanda, qanunlara görə, parlamentdə ən azı üç siyasi qüvvə təmsil olunmalıdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/262576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR