Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.

Metbuat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu gün Umayra Tağıyeva Departamentin kollektivinə təqdim edilib.