Azərbaycan-İsrail əlaqələri Türkiyəni... - Erkan Özoral AÇIQLADI

Azərbaycan-İsrail əlaqələri Türkiyəni... - Erkan Özoral AÇIQLADI
12:38 12 Dekabr 2018
101 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyənin İnsan və Sosial Araşdırmalar Mərkəzinin (İNSAMER) hesabatına münasibət bildirib.

Publika.az xəbər verir ki, səfir E.Özoral jurnalistlərə açıqlamasında Azərbaycanın əlaqələrinin heç zaman Türkiyəni narahat etmədiyini deyib: “Azərbaycan müstəqil dövlətdir. İstədiyi dövlətlə münasibət qurmaqda azad və sərbəstdir. Azərbaycan heç zaman Türkiyəni narahat etmir, Türkiyə də heç zaman Azərbaycanı narahat etməz. Bizim qardaşlıq manasibətlərimiz var. Bir-birimizi narahat edəcək heç bir münasibətimiz ola bilməz”.

Qeyd edək ki, İNSAMER hesabatında Türkiyənin Azərbaycan-İsrail münasibətlərindən narahat olduğu qeyd edilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR