Birinci xanım prezidentlə evlilik həyatının çətin tərəflərini AÇIQLADI - VİDEO

Birinci xanım prezidentlə evlilik həyatının çətin tərəflərini AÇIQLADI - VİDEO
20:33 13 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Amerikanın birinci xanımı Melaniya Tramp Donald Trampla evlilik həyatının çətin tərəflərindən danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, birinci ledi “Fox News”a hər kəsi təəccübləndirən açıqlamalar verib. O, bir çox dələduz və fürsətcil insanlarla mübarizə aparmalı olduğunu deyib. ABŞ-ın birinci xanımı prezidentlə evli olmağın ən pis tərəfləri haqqında fikirlərini belə ifadə edib:

"İnsanların daim ərimi tənqid etdiyini görmək çox çətindir. Bir çox fürsətcil insanla mübarizə aparmaq Trampla birlikdə olmağın ən pis tərəfidir. Bu insanlar adımı və ailəmin adını öz mənafeləri üçün istifadə edir. Bunlar komediya aktyoru, jurnalist və ya yazıçı da ola bilər”.

İnsanların həyat yoldaşımı tənqid etməsi və bu cür şərhləri məni yaralamır. Problem ondadır ki, onlar tarixi yazan adamlardır və bu tənqidlər doğru deyil".

Melaniyanın sözlərinə görə, ərinin prezident seçildikdən sonra tez-tez tənqid ediləcəyini gözləyib:

"Buna hazır idim, amma fikirlərimin düzgün olduğunu bilirəm".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/qadin/263008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR