"Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.
Nazir müavini qeyd edib ki, Aİ-dəki seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycan üçün əsas məsələ sazişin paraflanaraq, imzalanmasıdır: "Düşünürəm ki, Aİ-də keçiriləcək gələcək seçkilərin nəticələri Azərbaycanla bağlanacaq sazişə təsir etməyəcək. Çünki hər iki tərəf bu sazişin imzalanmasında maraqlıdır".