Bərdə sakini küçədə bıçaqlandı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun İstisu adlanan ərazisində qeydə alınıb.

Laçın rayonunda qeydiyyatda olan 1994-cü il təvəllüdlü Novruzov Cənnət Şakir oğlu Bərdə rayon sakini Teymurov Ruslan İlyas oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində C.Novruzov R.Teymurovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Erməni idmançı məşqçisinə "vuruşa bilmirəm, gəl, özün vuruş!" deyə qışqırdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR