Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna çıxqn istiqamətdə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Metbuat.az-a verdiyi məlumata görə, bu üzdən sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.