İrina Şeykin modapərəstləri ilhamlandıran obrazı - FOTO

İrina Şeykin modapərəstləri ilhamlandıran obrazı - FOTO
22:03 15 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

32 yaşındakı supermodel İrina Şeyk ənənəvi olaraq bütün gözləri öz üzərinə cəlb edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən İspaniyada yeni bir butikin açılışında misli görünməmiş bir həyəcan gətirmək üçün tədbirə İrina Şeyk dəvət edilib. Sosial şəbəkələrdə gecənin qonaqları və ya yeni kolleksiyasından çox rus supermodelinin imici müzakirə olunub.

Axşam tədbiri üçün “Fendi” moda evindən üzəri qaşlarla bəzədilmiş qara məxmər dəst seçən 32 yaşlı Şeyk qüsursuz bədən quruluşu və dərin sinə dekoltesi ilə dərhal gecənin ulduzu olub. Podium ulduzunun bu obrazı Miladın yaxınlaşdığını xatırladaraq bayram əhval-ruhiyyəsi yaradıb. O, dəstini məxmər çanta və qızıl iplə işlənmiş uzunboğaz çəkmələrlə tamamlayıb. Paltar özü kifayət qədər diqqət çəkdiyi üçün model əlavə bər-bəzəyə ehtiyac duymayıb. Yeri gəlmişkən, İrinanın bu seçimi Yeni il şənlikləri üçün idealdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/263207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR