Türkiyənin Ərzurum şəhərində qonşusunun 13 yaşlı qızına təcavüzdə ittiham olunan 65 yaşlı İ.U. 8 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə azyaşlı və ailəsinin şikayətçi olmadığı müttəhim haqqında yaşını nəzərə alaraq, həbs qərarı verməyib. Hökm qüvvəyə minənə qədər İ.U.-ya ölkədən çıxmağa qadağa qoyulub.

65 yaşlı kişi ifadəsində qızı tənha yerə apardığını, əxlaqsız hərəkətlər etdiyini və ona "sevgilim ol" dediyini bildirib.

13 yaşlı Z.Q. mayın 21-də iftar radələrində çörək almaq üçün evdən çıxıb. Yolda uşaqla rastlaşan İ.U. onu evinə aparmaq istəsə də, istəyinə nail ola bilməyib. Bu barədə uşaq dostlarına danışandan sonra iyrənc əməlin üstü açılıb.