Yeni kainat gözəli Flippindən oldu

"Miss Universe 2018" ( Kainat gözəli yarışması) ötən gün keçirilib və yeni kainat gözəli flippinli Catriona Gray olub.

Metbuat.az xəbər verir ki, Taylandda keçirilən və 93 nəfərin yarışdığı "Miss Universe 2018" başa çatıb.

Bütün dünyanın maraqla gözlədiyi kainat gözəllik yarışmasının birincisi Catriona Gray olub.

23 yaşındaki Gray digər rəqiblərini geridə qoyaraq tacın sahibi olub.

O, qırmızı və cəsarətli geyimi ilə göz oxşayıb.

Bir-birindən gözəl olan qızlar arasında 2-ci gözəl isə Cənubi Afrikadan olan Tamaryn Green olub.

Sevinc Kərimova/ METBUATAZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR