Hacıqabulda baş verən avtomobil qəzasında 3 nəfər xəsarət alıb

Hacıqabulda baş verən avtomobil qəzasında 3 nəfər xəsarət alıb
16:32 18 Dekabr 2018
38 Digər
Ölkə mətbuatı
A- A+

Video əlavə olunub

*** 14:24
Hacıqabul. 18 dekabr. REPORT.AZ/ Hacıqabul rayonunda baş verən avtoqəzada 3 nəfər xəsarət alıb.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Əsgərov Şəfa Təyyar oğlunun idarə etdiyi “Mercedes” markalı 90 HH 150 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yüksəkgərginlikli elektrik estakadasına çırpılıb. Hadisə zamanı 3 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslərdən biri Bakı şəhərinə, digər 2 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-in n xilasediciləri cəlb edilib, avtomobildə sıxılmış yaralı sərnişin xüsusi avadanlığın köməyi ilə çıxararaq təcili yardım xidmətinə təhvil verilib.
Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-bas-veren-avtomobil-qezasinda-3-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR