“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, bu sahədə investisiya qoyuluşu 1,5 mlrd manat məbləğində qiymətləndirilir.
Nazir onu da deyib ki, Azərbaycandan qeyri-neft ixracının sürətləndirilməsi məqsədi ilə xaricdə ticarət evlərinin yaradılması uğurla davam edir: “Gələn il Birləşmiş Ərəb Əmirliklərində, eləcə də Qazaxıstanın iki şəhərində ticarət evlərinin açılması nəzərdə tutulub. Bu ilin ilk 11 ayın nəticələrinə görə, ölkədə qeyri neft məhsullarının ixracı 10%-dən çox artıb. Hesab edirik ki, növbəti illərdə ciddi nəticələr əldə ediləcək”.