Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Metbuat.az-a verilən məlumata görə, dekabrın 18-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Maarif Lətifi idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Samux rayon sakini Nüvər Məmmədovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.