Londonun "Gatwick" hava limanında bütün uçuşlar dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hava limanında uçuşların dayandırılmasına səbəb aerodrom üzərində iki dronun uçması barədə daxil olan məlumatlar olub.

Hava limanının nümayəndəsi bildirib: "Gatwick" hava limanının aerodromu üzərində uçan iki dron haqqında məlumatlardan sonra araşdırma üçün biz uçuşları dayandırmalı olduq".

Qeyd edək ki, "Gatwick" ölçüsünə görə Londonun ikinci ən böyük hava limanıdır.

Milli.Az