Gələn ay 48 yaşını qeyd etməyə hazırlaşan Xalq artisti Aygün Kazımovanın geyimdə heç bir sərhəd tanımadığı hər kəsə çoxdan bəllidir.

Publika.az xəbər verir ki, son bir neçə ildə səhnə fəaliyyətini aktivləşdirən, fasiləsiz olaraq öz üzərində çalışan diva hər çıxışı ilə tamaşaçılarını təəccübləndirə bilir. Olduğu hər yerə şuxluq gətirən, insanları müsbət əhval-ruhiyyəyə kökləyən müğənninin çılğın xarakteri geyimlərində də əks olunur. Maraqlıdır ki, bir çox həmkarlarından fərqli olaraq Xalq artistinin geyim seçimləri arasında xarici brendlər üstünlük təşkil etmir. Əksinə, onun bütün maraqlı obrazları yerli dizaynerlərin işləridir.

Artıq 2 ildir ki, Aygün Kazımova dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıllı sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, onların tandemi çox uğurlu alınır.

A.Kazımovanın Azərbaycan mədəni həyatında mühüm rol oynayan “Jara” Beynəlxalq Musiqi Festivalı və Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimlərindəki çıxışlarının müəllifi “Afffair” brendinin yaradıcısı Rüfət İsmayıla aiddir. R.İsmayılın sehrli əlləri həqiqətən də ulduzu Azərbaycan səhnəsinin ən dəbli ulduzlarından biri edib.

İstənilən üslubda seksuallığını vurğulamağı xoşlayan artistin qarderobunda bu il klassik kişi kostyumları nəzərə çarpıb. Bununla belə müğənninin səhnə geyimləri daha çox diqqətəlayiqdir.

Gəlin Xalq artistinin yola salmaqda olduğumuz ildə yaddaqalan libaslarını nəzərdən keçirək.