Bakıda qeyri-adi soyğunçuluq - Evdən su istədi, qızıl zinət əşyalarını apardı -

Bakıda qeyri-adi soyğunçuluq hadisəsi baş verib.

Orta yaşlı bir qadın evdəndəyəri 2 min manata yaxın olan qızıl zinət əşyalarını aparıb.

Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsindəyaşayan Orxan Əhmədzadə deyir ki, ayın 17-i günorta saatlarında onların qapısını naməlum bir qadın döyüb. Bu zaman qapını onun bacısı açıb. Həmin qadın qızdan əvvəlcə su istəyib, daha sonra falçı olduğunu vəonların evlərində bədbəxt hadisə baş verəcəyini deyib.

22 yaşı Nigar Əhmədzadədən qızılları alan qadın, bir dəfəlik yoxa çıxıb.

Ev sahibinin apardığı araşdırmadan sonra məlum olub ki, həmin qadın binada bir neçə mənzilin qapısını döyüb. Hələlik kimliyi bilinməyən qadındigər ev sahiblərindən isə uşağının xəstə olduğunu və ona kömək etmələrini istəyib. Həmin anların görüntüləri də bəzi mənzillərin qarşısında olan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Artıq məsələ ilə bağlı zərərçəkmiş Səbail rayonu 41-ci polis bölməsinə məlumat verilib. Polis tərəfindən görüntülərdəki bu qadının axtarışları davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR