Məşhur türk aktrisa Aydan Şener Ukraniyanın "1+1" televiziya kanalının mədəniyyət və sənət proqramı "Sosial həyat"ın qonağı olub.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, məşhur model Katarina Osadkanın təqdim etdiyi proqramın komandası sənətçi üçün bir günlük Türkiyəyə yollanıb və Şenerlə əyləncəli bir söhbət həyata keçirib.
Ölkələrində "Çalıquşu"nu hələ də maraqla izləndiyini bildirən proqram komandası sənətçiyə həm şəxsi həyatı, həm də iş həyatı ilə bağlı suallar verib.
Ukraniyalı izləyicilərin ən çox maraqlandığı "Çalıquşu"nda birlikdə rol aldığı Kənan Kalav ilə görüşüb-görüşmədiyi sualına " Kənan ilə hələ də görüşürük. Amma o, İspaniyada restoran işlədir və arada Türkiyəyə gəlir. Çox sevdiyim dostumdur. Telefonla danışırıq" deyə cavab verib.
Aktrisa şəxsi həyatı ilə bağlı suala isə "həyatımda və qəlbimdə biri yoxdur" deyərək cavab verib.

