Məşhur müğənni avtomobili ilə çaya düşüb boğulub -

Rumıniya-Kanada əsilli müğənni Anka Pop vəfat edib.

Metbuat.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, avtomobili Dunay çayına düşən Anka boğularaq ölüb.

Yeni il ərəfəsində ailəsinə baş çəkmək üçün yola çıxan Ankanın bacısı ondan xəbər ala bilmədiyi üçün polisi məlumatlandırıb. Ankanı tapmaq üçün hərəkətə keçən polis Rumıniyadan keçən Dunay çayına bir avtomobilin düşdüyünü üzə çıxarıb. Aparılan araşdırmalar nəticəsində müğənninin cansız bədəni sudan çıxarılıb.

Musiqi karyerasına 2004-cü ildə başlayan müğənninin həyatı 2008-ci ildə Qoran Breqoviçlə tanış olduqdan sonra dəyişib. Cütlük bir albom üzərində işləyib. Anka xüsusilə Yaponiyada çox sevilən müğənni idi.

Binanın damından tullanan gəncin paraşütü açılmadı – VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR