Klublararası dünya çempionatında ikinci finalçının da adı məlum olub.
Metbuat.az “Qafqazinfo” -ya istiandən xəbər verir ki, ötən mövsüm Avropada Çempionlar Liqasının qalibi olan “Real” Asiyada həmin uğura nail olmuş “Kaşima” (Yaponiya) klubu ilə qarşılaşıb.
İspaniya təmsilçisi bu matçda rəqibi 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. “Real”ın hər üç qoluna da Qaret Beyl imza atıb.
Qeyd edək ki, “Real” 22 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu ilə finalda qarşılaşacaq. “Kaşima” isə Argentina “River Pleyt” klubu ilə üçüncü yer uğrunda matçda üz-üzə gələcək.
“Kaşima” (Yaponiya) - “Real” (İspaniya) - 1:3
Qollar: Beyl - 44, 53, 55 // Dol - 78