Dünyanın ən qeyri-adi

Məhkəmələrdə həbs və ya pul cəzası xaricində olduqca fərqli cəza qərarları da çıxa bilir.

Metbuat.az bildirir ki, buna nümunə olacaq ən yadda qalan cəza isə Amerikanın Missouri əyalətində yaşanıb. Qeyri-qanuni ov edərək yüzlərlə maralı öldürməklə günahlandırılan adama bir il həbslə yanaşı hər ay bir dəfə Disneyin kllassik cizgi filmi izləmə cəzası verilmişdi.

2003-cü ildə Çikaqoda bir kilsənin qarşısındakı körpə İsa heykəlini oğurlamaqda günahlandırılan 19 yaşlı iki şəxsə 45 gün həbs cəzası verilib. Oğurladıqları heykələ zərər verən Cessika Lange və Brian Patrik həbs cəzasından başqa qəsəbənin mərkəzində əllərində "eşşəklik etdik" yazılı bir devizlə gəziblər.

2011-ci ildə İspaniyada yaşayan evli cütlük xərclik vermədikləri üçün 25 yaşlı oğulları tərəfindən məhkəməyə verilib. Amma ailə məhkəməsi hər ay 400 evro pul tələb edən adamın istəyini rədd edib. Məhkəmə onun 30 gün içində evdən ayrılmasını və öz ayaqları üzərində dura bilmək üçün iş tapmasını tələb edib.

2008-ci ildə Amerikanın Ohio əyalətində avtomobilində yüksək səslə musiqi dinləyən Andryu Vaktora 150 dollar cəza verilib. Amma hakim rep dinləyən Vaktorun 20 saat Bethoven, Bax və Şopen dinləməyi qəbul etməsi ilə cəzasının 35 dollara düşəcəyini açıqlayıb. Əvvəlcə hakimin təklifini qəbul edən Vaktor 15 dəqiqə klassik musiqi dinlədikdən sonra 150 dolları ödəməyi qəbul etdiyini bildirib.

https://metbuat.az/news/1093430/sirli-cinayetin-qu...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR