Aktrisa başını bağladıqdan sonra ilk fotosunu paylaşdı - FOTO

Ekranlardan bir müddətdir uzaq düşən aktrisa Qamze Özçelik başını bağladıqdan sonra ilk fotosunu paylaşıb.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, aktrisa ilk dəfə başı bağlı şəklini izləyiciləri ilə bölüşüb və yazıb:

"Hər şəkil, hər gülüş bir ayrı hekayə yazdı könlümə. İçinde savaş, atasızlıq, yalnızlıq, yoxluq, və sığınma vardı, amma biz sadəcə günəşi, gülüşləri, gözəlliyi gördük".

Qamzeni bu tərzdə görənlər onu bəyəndiklərini vurğulayıblar.

Qeyd edək ki, əvvəlki müsahibələrindən birində Qamze namaz qıldığını, başını da bağlamağa hazırlaşdığını bildirmişdi. Ümumiyyətlə, Özçelik xeyriyyə əməlləri ilə yadda qalan məşhurlardandır. O, 2 ay öncə afrikalı uşaqlara yardım etmək məqsədi ilə 400 min türk lirəsi (təxminən 103 min AZN) dəyərində olan evini satıb.

Aktrisa Qurban bayramında da afrikalı uşaqlara 100 min (26 min AZN) türk lirəsi dəyərində geyim və qida göndərmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR