Ukrayna ilə sərhəddə, Krımda və Donbasın işğal edilmiş hissələrində Rusiya hərbi texnikasının miqdarı kəskin artıb.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda 72-ci briqadanın hərbçiləri ilə görüş zamanı Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Prezident qeyd edib ki, sentyabr-dekabr ayları ərzində tankların miqdarı təxminən üç dəfə artıb.

“Kosmik kəşfiyyatın məlumatına görə, təcavüzkar tankları Ukrayna sərhədlərindən 18 kilometr məsafədə yerləşdirib. Ukrayna sərhədləri boyu, həmçinin Krımda və Donbasda 28 batalyon taktik qrupu, 1120-dən çox tank, 2600 zirehli maşın, 1230 artilleriya sistemi, 442 reaktiv yaylım atəş sistemi və 6 operativ-taktik raket kompleksi var”, - Ukrayna prezidenti deyib.

Ömər