Ajda Pekkan ilk dəfə olaraq 8 ildir birlikdə olduğu 50 yaşlı sevgilisi - Bülent Çavuşoğlu ilə münasibətləri haqqında danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı "Bülent bəy ilə münasibətiniz necə gedir" sualına "Hər şey çox gözəl gedir, yaxşıyıq" deyə cavab verib.
Məlumat üçün bildirək ki, Bülent Çavuşoğlu Pekkanla tanışlıqdan sonra 5 illik cavan həyat yoldaşı Tuğçe Eyilikdan boşanıb. Onların nikahından bir oğlu var.
Ajda Pekkan Yeni il gecəsi üçün 300 min TL-yə paltar tikdirməsi barədə yayılan şayiələri inkar edib:
“Doğru deyil, o pula paltar tikdirmərəm. Geyimlərimə düşünüldüyü kimi çox məbləğ xərcləmirəm”.