Bu video polisləri işsiz qoydu

Bu video polisləri işsiz qoydu
01:36 14 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi tabel silahından havaya atəş açdığına görə Mahaçqalada 18 polis əməkdaşı işdən çıxarılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda respublikanın hüquq-mühafizə orqanlarında mənbəyə istinadən SİTA agentliyi bildirir.

"Dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin 15 əməkdaşı işdən çıxarılıb. Bundan başqa, dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin daha üç vəzifəli şəxsinin işdən çıxardılması haqqda məsələ qaldırılıb. Xidməti yoxlama davam edir", - deyə Dağıstan Daxili İşlər Nazirliyinin rəsmisi İsamaqomed Soltanov qeyd edib.

Sosial şəbəkədə polislərin havaya necə atəş açdığı barədə videoçarx yayıldıqdan dərhal sonra onlar işdən qovulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR