- 2018-ci ildən razı qaldım. İstərdim ki, 2019-cu il daha yaxşı olsun.
- Donald Gerye "Qarabağ"da ilin ən yaxşı əcnəbi futbolçusu seçildi. Sizcə, haitili futbolçu buna layiq idi?
- Gerye, həqiqətən də, yaxşı futbolçudur. Əgər onu seçiblərsə, deməli, buna layiqdir.
- Yeni ili harada qeyd etmək fikriniz var? Şaxta babadan hansı hədiyyəni istəyəcəksiniz?
- 2019-cu ili öz evimdə, ailəmlə birlikdə qarşılayacam. Artıq mənim hədiyyəmi alıblar.
- "Qarabağ" qış fasiləsinə ikinci pillədə yollandı. Komandanızın mövsümün ilk yarısındakı çıxışını necə qiymətləndirirsiniz?
- Normal çıxış etdik. Bəli, hazırda ikinci yerdəyik, ancaq qarşıda oyunlar çoxdur. Qış fasiləsində yaxşı hazırlaşmalıyıq. Mövsümün ikinci yarısına hazır olmalıyıq.
- Reynaldo yenidən "Qarabağ"a qayıtdı. Ona qarşı oynamış bir futbolçu kimi, necə düşünürsünüz, komandanı irəli apara bilər?
- Bəli, Reynaldonun oyununa bələdəm. Yaxşı futbolçudur. Yüz faiz əminəm ki, komandaya kömək edəcək.
- Azərbaycan AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə eyni qrupa düşüdü. Ölkənizdə millimiz haqda sizdən nəsə soruşurlar?
- Məndən soruşurlar ki, Azərbaycan millisi necə futbol oynayır. Onlara cavab verirəm ki, Azərbaycanı udmaq asan olmayacaq.
- Artıq Avroliqa mübarizəniz başa çatdı. Bütün diqqətiniz Premyer Liqada olacaq. Demək olarmı "Neftçi" üçün ilk pillədə qalmaq çox çətin olacaq?
- Düzdür, bizim oyun qrafikimiz çox sıx idi. Çoxlu matçlar keçirdik. Mən "Neftçi" haqda düşünmürəm. Yaxşı hazırlıq keçmək və baxımlı oyunlar göstərmək haqda fikirləşirəm.Milli.Az