Müğənni Hadisə cəlbedici səhnə geyimi ilə bütün diqqətləri üzərinə toplayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Atatürk Göstəri Mərkəzinin açılışı olub. Açılış münasibəti ilə Hadisə mərkəzdə konsert verib. Populyar mahnılarını səsləndirən ulduz fanatlarına unudulmaz bir gecə yaşadıb.

Konsert üçün ətəyi volanlı qara, qısa paltar geyinən ifaçı özünəməxsus stilinə sadiqliyini nümayiş etdirib.